ABŞ-nin maliyyə naziri Skott Bessent İrandan gəldiyi bildirilən ölüm təhdidləri səbəbindən evini tərk edərək hərbi bazaya köçüb.
Bu barədə “The New York Times” (NYT) qəzeti məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, nazir təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərdən sonra yaşadığı evi tərk edərək hərbi bazanın ərazisində məskunlaşıb.
Bessentə qarşı təhdidlərin nə dərəcədə ciddi olduğu hələlik məlum deyil.
Qəzet xatırladıb ki, 2025-ci ildə ABŞ administrasiyasının azı altı yüksəkvəzifəli nümayəndəsi təhlükəsizlik səbəbindən şəxsi yaşayış yerlərini tərk edərək hərbi bazalara və ya xüsusi mühafizə olunan digər yaşayış məkanlarına köçüb.

