Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya və Ukrayna arasında ABŞ-nin vasitəçiliyi ilə keçirilən üçtərəfli danışıqların ikinci günü başlayıb.
Bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov məlumat verib.
Bildirilib ki, noyabrın 11-də tərəflər danışıqları üçtərəfli formatda davam etdirirlər.
Görüşün ardından Ukrayna nümayəndə heyətinin Avropa ölkələrinin təmsilçiləri ilə ayrıca danışıqlar aparması nəzərdə tutulur.

