Novxanı–Pirşağı və Bilgəh–Pirşağı istiqamətlərində gətirici kanalizasiya kollektorlarının tikintisi səbəbində avtomobil yolu bağlanıb.
Denmedia.az xəbər verir ki, sürücülər hazırda alternativ yollardan istifadə edirlər. Mövcud vəziyyət sürücülərlə yanaşı piyadaların da narazılığına səbəb olub.
Belə ki, yolun bağlanmasına səbəb Pirşağı hövzəsində kanalizasiya kollektorlarının tikilməsidir. Layihə hazırda , Bakı şəhərinin Sabunçu və Binəqədi rayonlarının inzibati ərazilərini əhatə edir. Bu səbəbdən Novxanı–Pirşağı və Bilgəh–Pirşağı istiqamətlərində avtomobil yolu bağlanıb. Sürücülər çətinliklədə olsa alternativ yollardan istifadə edirlər.
Bildirilir ki, yolun bağlanılması qabaqcadan elan edilməyib.
Qeyd edək ki, layihənin sifarişçisi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən podraçı təşkilatdır.
Nizami Rəsulov
Denmedia.az

