ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçılar Pentaqon rəhbəri Pit Heqsetə qarşı impiçment prosedurunun başlanmasını faktiki olaraq bloklayıblar.
“The Hill” nəşrinin məlumatına görə, noyabrın 10-da keçirilən səsvermədə konqresmen Tomas Messinin Heqsetə qarşı irəli sürdüyü impiçment qətnaməsinin Nümayəndələr Palatasının Hüquq Komitəsinə göndərilməsi məsələsinə baxılıb.
Gərgin keçən səsvermədə 211 deputat təklifin lehinə, 204 deputat isə əleyhinə səs verib.
Nəticədə qətnamə respublikaçıların nəzarətində olan komitəyə göndərilib. Bu qərar Heqsetə qarşı impiçment təşəbbüsünün Konqresin hazırkı çağırışında irəliləməsini faktiki olaraq dayandırıb.
İmpiçment təşəbbüsünün müəllifi, respublikaçı konqresmen Tomas Messi qətnamənin komitəyə göndərilməsinin əleyhinə səs verən yeganə respublikaçı olub.
Qeyd edək ki, daha əvvəl Ağ Ev də Pentaqon rəhbərinə qarşı impiçment təşəbbüsünə rəsmi şəkildə etiraz edib.

