ABŞ-nin Pensilvaniya ştatında altı yaşlı uşaq fermada yerləşən peyin çuxuruna düşərək boğulub.
“Lancaster Online” nəşrinin məlumatına görə, faciə qohumuna məxsus fermada baş verib.
Altı yaşlı Leon Blank təsərrüfat ərazisindəki peyin çuxurunda həyatını itirib.
Hadisə zamanı yaxınlıqda böyüklər olmadığından uşağın çuxura necə düşdüyünü görən olmayıb.
İlkin ehtimala görə, azyaşlı hasara dırmaşarkən müvazinətini itirərək çuxura yıxılıb.
Hadisə yerinə gələn xilasedicilərin səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Azyaşlının ölümü bədbəxt hadisə kimi qiymətləndirilib.

