Kiyevdə yeni partlayışlar baş verib, bu barədə Ukraynanın İctimai telekanalı məlumat yayıb.
Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsi şəhərdə xəbərdarlıq sisteminin aktivləşdirildiyini təsdiqləyir.
Yerli kanallarda raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edildiyi bildirilir. Şahidlərin sözlərinə görə, Kiyevdə İES-6 ərazisinə üç birbaşa zərbə qeydə alınıb, paytaxtın bir hissəsi isə işıqsız qalıb. Bundan əlavə, Krasilovka rayonunda 330 kV-luq yarımstansiyaya zərbə endirildiyi barədə məlumat var. Baş verən yanğını hələ də söndürmək mümkün olmayıb.

