Bolqarıstan Prezidenti Rumen Radev istefa verdiyini açıqlayıb.
Bolqarıstan lideri bu barədə millətə müraciətində bildirib. Çıxışın canlı yayımı Radevin Facebook səhifəsində aparılıb.
“Bu gün sizə Bolqarıstan Prezidenti kimi son dəfə müraciət edirəm. Üzr istəmək istəyirəm. Zaman sizin etimadınızı sınağa çəkdi və göstərdiyiniz səbir üçün sizə təşəkkür edirəm”, — deyə Radev bildirib.
O vurğulayıb ki, səhvlər edib və “işi sona çatdıra bilməyib”.
“Lakin məhz uğur qazanacağımıza olan inamım bu qərarımın əsas motivlərindən biridir. <…> Sabah Bolqarıstan Respublikasının Prezidenti vəzifəsindən istefa verəcəyəm. Əminəm ki, İliana Yotova dövlət başçısı vəzifəsini layiqincə icra edəcək və doqquz il ərzində göstərdiyi dəstəyə görə ona təşəkkür edirəm”, — deyə Rumen Radev əlavə edib.

