ABŞ Prezidenti Donald Tramp WABC radiosunun efirində çıxışı zamanı ikinci prezidentlik müddətinin əvvəlindən bəri doqquzuncu beynəlxalq münaqişənin tezliklə tənzimlənəcəyini bildirib. Onun sözlərinə görə, böhranların sülh yolu ilə həlli artıq onun “ikinci təbiətinə” çevrilib.
“Seçkilərə qatıldığım zaman səkkiz müharibənin mövcud olduğunu bilmirdim, heç ağlıma da gəlmirdi. Nəticədə bu, səkkiz müharibənin tənzimlənməsi ilə yekunlaşdı və doqquzuncu da artıq yoldadır”, – deyə Tramp vurğulayıb.
O, həmçinin Rusiya Prezidenti Vladimir Putin ilə apardığı söhbətdən danışaraq, Ukrayna böhranının həlli üçün ona fürsət verməsini xahiş etdiyini qeyd edib. Ağ Evin rəhbəri əlavə edib ki, hazırda bu prosesdə şəxsən maraqlıdır və onun həyata keçirilməsi üçün aktiv cəhdlər göstərir.

