Maria Corina Machado Mariya Korina Maçado Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib ki, Rusiya Venesueladan “çıxarılmalıdır”. Tədbirin yayımı rəsmi sayt üzərindən aparılıb.
Onun sözlərinə görə, Venesuelanın dövlət institutlarında Rusiya, Kuba və İranın mövcudluğu aradan qaldırılmalıdır.
“Biz institutlarımızda Kuba, Rusiya və İranın iştirakını ləğv etməliyik. Çin rejimə 60 milyard dollardan çox vəsait ayırıb”, – deyə Maçado vurğulayıb.
Müxalifət lideri əlavə edib ki, Venesuelada hakimiyyət dəyişikliyindən sonra analoji addımlar Kuba və Nikaraquada da atılmalıdır. Onun fikrincə, bundan sonra Cənubi Amerika kommunizm və diktaturadan azad olacaq.

