Melania Tramp martın 2-də BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək.
Bu barədə ABŞ-ın təşkilat yanında nümayəndəliyi X sosial şəbəkəsində məlumat yayıb.
Bu, tarixdə ilk dəfədir ki, ABŞ-ın fəaliyyətdə olan prezidentinin həyat yoldaşı Təhlükəsizlik Şurasına sədrlik edəcək.
Məlumata görə, ABŞ-ın qurumda sədrliyə keçidi ilə əlaqədar keçiriləcək iclasa rəhbərlik edən Melania Tramp təhsilin sülhün təşviqində rolunu vurğulayacaq.

