İranın son şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi ölkədə hüquqi dövlətin qurulmasına hazırlaşır. Bu barədə onun anası Fərha Pəhləvi Times of Israel nəşrinə müsahibəsində bildirib. “Əsas məsələ İran xalqının sülh yolu ilə, nizamlı və suveren keçid naminə birləşmək bacarığı olacaq”, – deyə o vurğulayıb. Fərha Pəhləvinin sözlərinə görə, Rza Pəhləvi belə bir keçid prosesinə hazırlaşır və ölkənin gələcəyi üçün alternativ model üzərində işləyir. Şahın həyat yoldaşı həmçinin bildirib ki, İranın ali lideri Əli Xameneyinin ölümü tarixi əhəmiyyət daşıyır, lakin bunun avtomatik şəkildə rejim dəyişikliyinə gətirib çıxaracağını düşünmür.
Şahın oğlu siyasi səhnəyə qayıdır?
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

