İranın son şahının böyük oğlu Rza Pəhləvinin İranda geniş əhali təbəqələrinin dəstəyini qazanması mümkün deyil. Bu fikri TASS agentliyinə İranda keçirilən etiraz aksiyalarını şərh edərkən Fudan Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Sun Deqan bildirib.
“Etirazlara baxmayaraq, İranda müxalifətin lideri ortaya çıxmayıb,” — deyə professor qeyd edib.
“Pəhləvi uzun müddət ABŞ-da yaşayıb, o, Amerikanın himayədarıdır, məqsədli şəkildə ABŞ tərəfindən hazırlanıb və böyük ehtimalla İranda cəmiyyətin əsas hissəsinin geniş dəstəyini qazanmayacaq.”

