ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı fonunda Bəhreyn və Küveyt üzərində hava məkanının bağlanma müddəti uzadılıb.
Bu barədə Yaxın Şərq üzrə hava nəqliyyatının idarəetmə xidməti məlumat yayıb.
Bildirilib ki, Bəhreyn və Küveyt üzərində uçuşlar ən azı daha 12 saat — yerli vaxtla saat 16:00-a qədər qadağan olunacaq.
Məlumata görə, Bəhreyn yalnız xüsusi icazə ilə Manama hava limanından Səudiyyə Ərəbistanına qısa marşrut üzrə bəzi reyslərə icazə verir.
Regionda artan gərginlik hava nəqliyyatına birbaşa təsir göstərməkdə davam edir.

