Fransa Hərbi Hava Qüvvələrinin komandan müavini, general Dominik Tardif bildirib ki, NATO ilə Rusiya arasında mümkün qarşıdurma 2028–2029-cu illərdə baş verə bilər.
O, Politico nəşrinə müsahibəsində qeyd edib:
“İstisna deyil ki, Rusiya 2028–2029-cu illərdə NATO-nu sınağa çəkəcək”
Generalın sözlərinə görə, NATO-nun şərq cinahında yerləşən ölkələrin – xüsusilə Baltikyanı dövlətlər və Rumıniyanın – aviasiya imkanları kifayət deyil.
O vurğulayıb ki, Baltikyanı ölkələrdə döyüş təyyarələri yoxdur, Rumıniyada isə bu imkanlar məhduddur.
Tardif hesab edir ki, belə bir ssenaridə Qərbi Avropa ölkələrinin, o cümlədən Fransanın pilotları münaqişənin ilk günündən ön cəbhədə olacaq.

