Ukrayna Prezidenti Volodimir Zelenski Rəcəb Tayyib Ərdoğanla keçiriləcək görüş üçün xüsusi təyyarə ilə İstanbula gəlib.
Zelenski sosial şəbəkə hesabında etdiyi açıqlamada bildirib:
“Mühüm görüşlərin keçiriləcəyi İstanbula gəldik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla geniş danışıqlar planlaşdırılıb. Həm Avropada, həm də Yaxın Şərqdə insanların həyatının real şəkildə qorunmasını təmin etmək, sabitliyi artırmaq və təhlükəsizliyi təmin etmək məqsədilə tərəfdaşlığımızı gücləndirmək üçün çalışırıq. Birgə səylər həmişə ən yaxşı nəticələri verir.”

