“Ukrayna ilə bağlı danışıqlar hətta onlayn aparıla bilər”.
“Den.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Ukrayna prezident aparatının yutub kanalında yayımlanan mətbuat konfransında deyib.
O qeyd edib ki, media var, internet var: “Qarşılaşmaq və bütün prosesləri çətinləşdirməyə ehtiyac yoxdur”.
Zelenski İstanbulda danışıqların başlama vaxtının hələ müəyyən edilmədiyini, sülh prosesinin mayın 16-na, cümə gününə təxirə salınması ehtimalının olduğu bildirilib.