İran ABŞ-la danışıqlar üçün Pakistana yeni təkliflər göndərib. Bu barədə IRNA agentliyi məlumat yayıb.
Söhbət Tehran və Vaşinqton arasında dialoq üçün yeni variantlardan gedir. Bu təşəbbüslər tərəflər arasında vasitəçi rolunu oynayan Pakistana təqdim olunub.
Sənəddə uzunmüddətli atəşkəs şərtlərinin müzakirəsi üçün müddəalar yer alır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, münaqişənin dayandırılması və sülhün əldə olunması ölkənin əsas prioritetidir.
“Atəşkəs və sabitlik bizim üçün əsas hədəfdir”, — deyə o vurğulayıb.

