İstanbulun sabiq meri Ekrem İmamoğlu və korrupsiya işi üzrə digər təqsirləndirilən şəxslərin həbs müddəti uzadılıb. İmamoğlu hazırda həbsdədir.
Korrupsiya istintaqı çərçivəsində 402 nəfərin, o cümlədən vəzifəsindən kənarlaşdırılmış İstanbul meri Ekrem İmamoğlunun barəsində həbsin davam etdirilməsi barədə qərar qəbul olunub.
İstanbul Prokurorluğunun apardığı istintaq çərçivəsində İBB (İstanbul Böyükşəhər Bələdiyyəsi) işi üzrə ittiham aktı hazırlanıb. Sənəddə İmamoğlunun həbsdə olduğu qeyd edilir və “korrupsiya” maddəsi üzrə istintaqın başa çatdığı bildirilir.

