Ukrayna tərəfi Rusiya ilə yeni danışıqların ilk gününün yekunlarına dair Vaşinqton, Paris, London, Berlin və digər Avropa paytaxtlarının nümayəndələri ilə görüş keçirib. Bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, görüşdə ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və İsveçrə təmsil olunub.
Bu günkü danışıqlar raundunun nəticələrini müzakirə etdik və növbəti addımlara yanaşmaları sinxronlaşdırdıq.
Umerov bildirib ki, Kiyev Ukrayna, ABŞ və Avropa arasında vahid baxışın və koordinasiyanın qorunmasında maraqlıdır. Onun sözlərinə görə, tərəflər gələcək nəticələrə görə ümumi məsuliyyəti bölüşdüklərini anlayırlar.
“İşə davam edirik”, – deyə o əlavə edib.

