Latviyanın Baş naziri Evika Silinya hakim koalisiya daxilində kəskin münaqişə fonunda istefa vermək qərarına gəlib. Bu barədə BB.lv məlumat yayıb.
Siyasi böhran müdafiə naziri Andris Spruds ətrafında yaranan qalmaqaldan və Latqaledə dronlarla bağlı insidentlərdən sonra daha da kəskinləşib.
Silinya bildirib:
Mən vəzifəmdən gedirəm, amma təslim olmuram. Siyasətdən getmirəm.
Hakim koalisiya daxilindəki münaqişə “Proqressivlər” partiyasının ölkə Prezidenti Edqars Rinkeviçə yeni Nazirlər Kabinetinin formalaşdırılması üzrə məsləhətləşmələrə başlamağı təklif etməsindən sonra açıq mərhələyə keçib.
Partiya bəyan edib ki, hazırkı hökumət işləmək qabiliyyətini itirib. Bundan sonrakı prosesin yalnız iki mümkün variantı var: ya hökumət başçısı istefa verir, ya da parlament hökumətə etimad məsələsi üzrə səsvermə keçirir.

