Yaponiyanın baş naziri Şigeru İsiba hökuməti istefaya gedib.
Denmedia.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
İstefa qərarı bu gün günortadan sonra Yaponiya parlamentində yeni baş nazirin seçkiləri keçiriləcəyi ilə bağlıdır.
Hakim Liberal Demokrat Partiya (LDP) müxalifətdə olan Yaponiya İslahat Partiyası ilə koalisiya hökumətinin yaradılması barədə razılığa gəlib. Bu razılaşma LDP-nin lideri Sanae Takaitinin baş nazir seçilməsini faktiki olaraq təmin edir.
7 oktyabrda Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bəyan edib ki, Rusiya, Takaitinin baş nazir təyin olunduqdan sonrakı addımlarını diqqətlə izləyəcək.
Qeyd edək ki, oktyabrın əvvəlində Takaiti partiya rəhbəri seçkilərinin ikinci turunda qalib gəlib. O, 341 səsdən 185-ni toplayıb, rəqibi – keçmiş baş nazir Cun’itiro Koidzuminin oğlu Sindzioro Koidzumi isə 156 səs alıb.