ABŞ Qara dənizdə həyata keçirilən hücumlarla bağlı Ukraynaya xəbərdarlıq edib. Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin yazdığına görə, “Chevron” neft-qaz korporasiyası Ukrayna qüvvələrinin Qara dənizdəki hücumlarına təsir göstərilməsi xahişi ilə Ağ Evə müraciət edib.
“Sənaye nümayəndələri ilə aparılan müzakirələrdən sonra ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya Qara dənizdə Rusiyaya məxsus olmayan gəmilərə hücum etməməsi barədə xəbərdarlıq edib”, — məlumatda bildirilib.

