ABŞ prezidenti Donald Tramp çərşənbə günü bəyan edib ki, Vaşinqtonun Ukraynaya uzun mənzilli raketlərdən Rusiyanın dərinliklərinə zərbə endirmək üçün icazə verdiyi barədə yayılan məlumat həqiqətə uyğun deyil.
“The Wall Street Journal nəşrinin ABŞ-ın Ukraynaya uzaqmənzilli raketlərdən istifadə icazəsi verdiyi barədə yazdığı xəbər doğru deyil,” — deyə Tramp Truth Social sosial şəbəkəsində yazıb.
O əlavə edib:
“ABŞ-ın bu raketlərlə, onların Ukraynaya haradan gəlməsi və ya Ukraynanın onlardan necə istifadə etməsi ilə heç bir əlaqəsi yoxdur.”
Daha əvvəl The Wall Street Journal öz mənbələrinə istinadla bildirmişdi ki, ABŞ administrasiyası Ukraynaya bəzı uzaqmənzilli raketlərin istifadəsinə qoyulan məhdudiyyətləri qaldırıb.