İyulun 17-də gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşqə hava hücumları həyata keçirib.
Den.az xəbər verir ki, zərbələr şəhərin strateji nöqtələrinə, o cümlədən Əməvi meydanı yaxınlığına endirilib.
Hazırda Dəməşqdə vəziyyət son dərəcə gərgindir. Şəhər administrasiyası təhlükəsizlik səbəbilə Əməvi meydanına gedən bütün yolları bağlayıb. Mülki şəxslərin təxliyəsi davam edir. Hərbi texnikalar şəhərin müxtəlif hissələrində yerləşdirilib.
Suriya mediası hücumların nəticəsində bir neçə obyektin dağıldığını, yaralananların olduğunu bildirir. Ölənlər barədə hələlik rəsmi açıqlama verilməyib. Yaxın dəqiqələrdə Dəməşqin bu zərbələrə cavab verəcəyi gözlənilir.