Türkiyə parlamenti Səudiyyə Ərəbistanı və Pakistanla birgə müdafiə haqqında sazişi təsdiqləyib. Bununla da üç ölkə arasında əldə olunan razılaşmaların praktiki icrasına yol açılıb.
TRT Haber xəbər verir ki, “Məkkə sazişi” Türkiyə Böyük Millət Məclisinin 600 deputatdan ibarət tərkibinin səs çoxluğu ilə qəbul olunub. Müvafiq qanun layihəsi Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən parlamentin müzakirəsinə çıxarılıb.
Türkiyə qanunvericiliyinə əsasən, beynəlxalq müqavilələr parlament tərəfindən ratifikasiya olunmalıdır. Bundan başqa, Türkiyə hərbçilərinin ölkə xaricinə göndərilməsinə icazə vermək səlahiyyəti də məhz parlamentə məxsusdur.
“Məkkə sazişi” avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Səud və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb.
Oktyabrın 5-də tərəflər birgə müdafiə sahəsində götürdükləri öhdəliklərin praktiki icrasına başlamaq barədə razılığa gəliblər.
Xüsusilə, razılaşdırılmış hərbi qüvvə və vasitələrin Səudiyyə Ərəbistanı ərazisində yerləşdirilməsi ilə bağlı tədbirlər müzakirə olunub.

