Qobustan rayonunda beş nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Denmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, onların göbələkdən zəhərləndiyi ehtimal olunur.
Zərərçəkənlər tibbi yardım göstərilməsi üçün Qobustan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisənin başvermə şəraiti və xəstəxanaya yerləşdirilən şəxslərin səhhəti ilə bağlı hələlik ətraflı məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.

