2025-ci ilin sözü Oksford İngilis dili lüğətinin versiyasına görə “reydjbeyt” (rage bait) seçilib — bu termin qəsdən təxribat xarakterli internet-kontenti ifadə edir. Bu barədə Oksford Universitetinin nəşriyyat bölməsinin saytında məlumat verilib.
Mütəxəssislər rəsmi olaraq bu sözü onlayn mənbələrin populyarlığını artırmaq üçün istifadə olunan kontent kimi müəyyən ediblər. Termin ingiliscə rage (“qəzəb”) və bait (“tələ, yem”) sözlərindən formalaşıb. Son 12 ayda onun işlənmə tezliyi üç dəfə artıb.
“Reydjbeyt yol hərəkətində sürücülərin reaksiyasını təsvir edən termindən media və kontent-meykerlərin lüğətinə çevrilib”, — deyə məlumatda bildirilir.
Söz ilk dəfə 2002-ci ildə Usenet platformasında sürücünün qarşı tərəfin faralarını yandırıb-söndürməsinə verdiyi reaksiyanı təsvir etmək üçün təklif olunmuşdu. Zamanla termin internet-slenqin bir hissəsinə çevrilib və “viral” paylaşımlara şamil olunmağa başlayıb. Bu ifadədən həmçinin “reydjfarminq” anlayışı yaranıb — istifadəçilərin reaksiyalarını təxribatlar vasitəsilə manipulyasiya etmək.

