Əmək və əhalinin sosial müdadiəsi naziri Anar Əliyev bildirir ki, minimum əməkhaqqını 130 manatdan 400 manata qaldırıblar. 2018-ci ildən bu günə qədər baş verən inflyasiyanı nəzərə almasaq belə, Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklər, daha dəqiqi, ölkəmizin 2 sentyabr 2024-cü ildə ratifikasiya etdiyi Avropa Sosial Xartiyası tələb edir ki, minimum əməkhaqqı orta əməkhaqqının ən azı 60 fauzi olmalıdır”.
DenMedia.az xəbər verir ki, bu sözləri iqtisadç Asif İbrahimov deyib.
O bildirib ki, minimum əməkhaqqı orta əməkhaqqının 50-60 faizi arasındadırsa, hökumət onun “layiqli həyat üçün yetərli” olduğunu sübut etməlidir:
“Bu normalara görə minimum əməkhaqqının 50 faizdən aşağı olması açıq-aydın ədalətsizlik sayılır. Bu isə o deməkdir ki, minimum əməkhaqqı ən azı 660 manatdan az ola bilməz. Bugünkü real rəqəmlər amma göstərir ki,
Azərbaycanda minimum əməkhaqqı orta əməkhaqqının cəmi 37–38 faizi səviyyəsindədir”.
İqtisadçı daha bir maraqlı məqama toxunub:
“Maraqlıdır, cənab nazir niyə median əməkhaqqı barədə danışmadı? Axı median əməkhaqqı ölkədə insanların gerçək qazancını göstərən ən obyektiv göstəricidir. Və məhz həmin göstərici real vəziyyətin rəsmi təqdimatdan kəskin şəkildə fərqləndiyini açıq göstərir. Əgər ölkədə ciddi iqtisadi və idarəetmə islahatları həyata keçirilməsə, 2026-cı il Azərbaycan xalqı üçün çox ağır keçəcək. Bu səbəbdən vəzifəli şəxslərə tövsiyəm odur ki, reallıqdan uzaq, məsuliyyətsiz açıqlamalar verməsinlər. Belə bəyanatlar cəmiyyətdə əlavə gərginlik yaradır və insanların sosial narazılığını daha da dərinləşdirir”.(Globalinfo.az)

