İranda baş verən son iğtişaş İsrail və ABŞ tərəfindən təşkil olunub.
Bunu sosial şəbəkə X-də İranın ali rəhbəri Əli Xamenei yazıb.
“Mənə müəyyən bir kanal vasitəsilə bildirildi ki, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Mossad yerlərdə bütün resurslarını səfərbər ediblər. Bununla belə, onlar məğlub oldular. Qiyam planı xaricdə hazırlanıb və xaricdən idarə olunub”, — deyə o qeyd edib.

