İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İrana qarşı hərbi əməliyyatlar həlledici mərhələyə daxil olur.
Onun sözlərini Ynet portalı yayıb.
“Biz həlledici mərhələyə daxil oluruq və lazım olduğu qədər davam edəcəyik”, — deyə İsrael Kats bildirib.
Bundan əvvəl İsrail İranın Təbriz şəhərinin qərbində yerləşən sənaye zonasının təxliyə edilməsi barədə göstəriş verib. Bildirilib ki, yaxın saatlarda həmin ərazidə hərbi əməliyyatlar keçirilə bilər. Bu barədə Jerusalem Post məlumat yayıb.
Məlumata görə, İsrail Müdafiə Qüvvələri İranın qərb və mərkəzi bölgələrinə 20 dalğa zərbə endirib. Hücumlar 150-dən çox obyektə yönəlib.
Hədəflər arasında raket obyektləri və buraxılış qurğuları, pilotsuz uçuş aparatlarının istehsal sahələri, hava hücumundan müdafiə sistemləri və silah istehsal edən müəssisələr olduğu bildirilib.

