İranın Minab şəhərində qızlar məktəbinə endirilən zərbə ilə bağlı araşdırmanın nəticələri heç vaxt açıqlanmaya bilər.
Bunu ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində deyib.
“Bilirəm ki, biz yekun hesabatı gözləyirik. Düşünmürəm ki, yekun hesabat hazırlamaq mümkündür. Hərbçilərlə məsləhətləşməliyəm. Ola bilsin, hesabatı dərc edə bilməmələrinin bir səbəbi var”, — deyə Ağ Ev rəhbəri bildirib.
Trampın sözlərinə görə, məktəbdə nə baş verdiyini kimsə dəqiq deyə bilməyə bilər. Bununla yanaşı, ABŞ Prezidenti Amerika istehsalı Tomahawk raketinin qəlpələrinin göründüyü videoların neyroşəbəkələr vasitəsilə hazırlanmış ola biləcəyini iddia edib.
Minabdakı qızlar məktəbi 28 fevralda — ABŞ və İsrailin İranla müharibəsinin ilk günündə atəşə tutulub. Hadisə nəticəsində 160-dan çox insanın öldüyü, onların əksəriyyətinin uşaqlar olduğu bildirilir.
Ağ Ev hücumda iranlıların əli olduğunu açıqlamışdı. Bununla yanaşı, bir çox ABŞ mediası mənbələrə istinadən hücumun böyük ehtimalla Amerika hərbçiləri tərəfindən həyata keçirildiyini yazmışdı.
The New York Times qəzetinin məlumatına görə, məktəbə zərbə hədəf göstərilməsində səhv səbəbindən Amerika istehsalı Tomahawk raketi ilə endirilib.

