ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun gələn həftə Ağ Evdə görüş keçirmək üçün müraciət etdiyini bildirib.
ABŞ mərkəzli Axios xəbər saytına telefonla açıqlama verən Tramp Netanyahu ilə münasibətlərindən danışıb.
“Onunla çox yaxşı anlaşırıq. Patronun kim olduğunu bilir”, — deyə Tramp bildirib.
ABŞ prezidentinin sözlərinə görə, görüş 7-8 iyulda Ankarada keçiriləcək NATO sammitindən qayıtdıqdan sonra mümkün qədər yaxın tarixdə baş tuta bilər.
Tramp İranla bağlı da danışıb. O, iranlıların “saziş bağlamaq üçün yalvardığını” iddia edib. Bununla belə, tərəflərin İranın keçmiş ali lideri ayətullah Əli Xameneinin dəfn mərasimi səbəbindən danışıqlara bir həftəlik fasilə verdiyini bildirib.
“Hamısı oradadır. Bir atəşlə hamısını zərərsizləşdirə bilərik. Amma bunu etməyəcəyik, çünki o zaman danışıqlar aparacaq heç kim qalmaz”, — deyə Tramp qeyd edib.

