ABŞ-nin İranın nüvə obyektlərinə mümkün yeni zərbəsi region və Rusiya üçün ağır nəticələr doğura bilər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Al Arabiya” telekanalına müsahibəsində bildirib.
Bundan əvvəl CBS News mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ hərbçiləri fevralın 21-də İrana zərbə endirməyə hazırdır, lakin yekun qərarı prezident Donald Tramp hələ qəbul etməyib.
Lavrov xatırladıb ki, ötən ilin iyununda İranın nüvə obyektlərinə endirilən zərbələr Tehranın nüvə materiallarının fiziki mühafizəsi barədə düşünməsinə səbəb olub. Onun sözlərinə görə, həmin materiallar MAQATE-nin nəzarəti altındadır və onlara toxunmaq olmazdı.

