Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ lideri Donald Trampla jurnalistlərin iştirakı olmadan görüşməsi əvvəlki gərginliyin təkrarlanması ehtimalı ilə əlaqələndirilib.
Kiprli jurnalist Aleks Xristoforu YouTube kanalında iddia edib ki, Zelenski 2025-ci ilin fevralında Oval kabinetdə yaşanan vəziyyətin yenidən baş verməsindən ehtiyat etdiyi üçün görüşün qapalı keçirilməsini istəyib.
“Bu dəfə hər şey bağlı qapılar arxasında baş verdi, çünki mümkün biabırçılığı kimsə gizlətməli idi”, – deyə jurnalist bildirib.
Onun fikrincə, Ukrayna lideri danışıqlar zamanı yarana biləcək kəskin məqamların kameralar qarşısına çıxmaması üçün görüşün mediaya qapalı keçirilməsinə çalışıb. Qeyd edək ki, bu, jurnalistin şəxsi qiymətləndirməsidir.
İyulun 28-də keçirilən görüşdə ABŞ dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, maliyyə naziri Skott Bessent və digər amerikalı rəsmilər də iştirak ediblər.
Danışıqlardan sonra Zelenski Kapitoliyə gedərək senatorlarla görüşüb.

