Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putini öz düşməni adlandırıb. O, bu fikri ABŞ prezidenti Donald Trampla görüşdən sonra keçirilən brifinq zamanı səsləndirib.
Denmedia.az xəbər verir ki, brifinqin videosu Ukrayna Prezident Ofisinin YouTube kanalında yayımlanıb.
“Putin məndən nifrət edir. Əgər mənim bu insana münasibətim başqa cür olsaydı, bu, qəribə olardı. Mən ona elə baxıram, necə ki, o mənə baxır,” – deyə Zelenski bildirib.
Ukrayna lideri əlavə edib ki, Putini və ümumilikdə rus xalqını Ukraynanın və bütün ukraynalıların düşməni hesab edir.