Ağdaş rayonunda iki avtomobilin vurduğu velosipedçi hadisə yerində həyatını itirib.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, hadisə rayonun Pireyir kəndində baş verib.
Emil Məmmədzadənin idarə etdiyi “Opel” markalı avtomobil 62 yaşlı Vasif Qabilovu velosipedlə hərəkətdə olarkən vurub.
Zərbənin təsirindən yola yıxılan kişinin üzərindən arxadan gələn “Mercedes” markalı avtomobil keçib.
Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

