Türkiyənin məşhur aktyoru Aras Bulut İynemli qatıldığı tədbirdə yeni görünüşü ilə diqqət çəkib.
“Öyle Bir Geçer Zaman Ki”, “İçerde” və “Çukur” serialları ilə tanınan aktyor Netflix-in Türkiyədə fəaliyyətə başlamasının 10 illiyinə həsr olunan tədbirə klassik kostyum və retro üslublu eynəklə qatılıb.

İynemlinin alışılmış görünüşündən fərqlənən yeni tərzi sosial şəbəkələrdə geniş müzakirə olunub.
Aktyorun fotolarını görən istifadəçilər onu həmkarı Mehmet Günsurə bənzədiblər.

Paylaşımlara “Bir anlıq Mehmet Günsur sandım”, “Sənə nə olub belə?” və “Bu görünüş sənə çox yaraşır” kimi şərhlər yazılıb.
İki aktyor arasındakı oxşarlıq sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb.

