İranın cənubunda yerləşən Qeşm adasında güclü partlayışlar baş verib.
Bu barədə İranın Press TV telekanalı məlumat yayıb.
Tasnim agentliyinin ilkin məlumatına əsasən, Fars körfəzi istiqamətindən gələn iki raket adanın ərazisinə düşüb. Partlayışların da bununla əlaqəli olduğu bildirilir.
Hadisənin səbəbləri və nəticələri barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Xəsarət alanların olub-olmadığı barədə də məlumat yoxdur.

