Türkiyəli müğənni Serdar Ortaçın keçmiş həyat yoldaşı, irlandiyalı model Xlo Louqnan dünyaya gələcək körpəsinin cinsiyyətini açıqlayıb.
Memar Ferqus Hennessi ilə münasibətdə olan model sosial şəbəkədə hamiləlik fotolarını paylaşaraq “Bizim balaca şahzadəmiz gəlir” sözlərini yazıb. Bununla da o, oğlan övladı gözlədiyini bildirib.

Xatırladaq ki, Xlo Louqnan 2014–2019-cu illərdə Serdar Ortaçla evli olub. Müğənni həmin dövrdə ata olmaq istədiyini, lakin bu arzusunun reallaşmadığını açıqlamışdı.
Keçmiş həyat yoldaşının hamiləliyinə münasibət bildirən Ortaç ötən ilin sentyabrında ona xoş arzularını çatdıraraq “Allah analı-atalı böyütsün. Gözəl xəbərdir” demişdi.

2023-cü ildə Ferqus Hennessinin evlilik təklifini qəbul edən Louqnan avqust ayında hamilə olduğunu açıqlayıb. Model hazırda ilk övladının dünyaya gəlməsini gözləyir.

