Maqneziumun həddindən artıq qəbulu mədə-bağırsaq problemlərinə səbəb ola bilər.
Bu barədə dietoloq və terapevt Aleksandra Razarenova “Moskva 24” nəşrinə açıqlamasında xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, vitamin və mineral əlavələrini həkim məsləhəti olmadan, sadəcə profilaktika məqsədilə qəbul etmək sağlamlıq üçün təhlükəli ola bilər.

Mütəxəssis bildirib ki, orqanizmdə maqnezium çatışmazlığından şübhələnildikdə həkim əlavə preparatlar təyin edə bilər. Lakin bu vasitələrin nəzarətsiz qəbulu maqneziumun həddindən artıq qəbuluna səbəb ola bilər.
Ən çox rast gəlinən yan təsirlər ishal, ürəkbulanma və qarında spazmşəkilli ağrılardır.

