ABŞ Prezidenti Donald Tramp Stiven Millerin Ağ Evin aparat rəhbəri vəzifəsinə təyin olunmasının administrasiyada dəyişiklik etmək istəyi ilə bağlı olduğunu açıqlayıb.
Jurnalistlərə danışan Tramp əvvəlki aparat rəhbəri Syuzi Uaylsın öz vəzifəsini yaxşı yerinə yetirdiyini vurğulayıb.
“Bəzən həyatda nələrisə dəyişmək lazımdır. Miller siyasəti çox yaxşı bilir, əla idarəçidir. O, bu işin öhdəsindən layiqincə gələcək”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp Millerin ilk gündən onunla birlikdə çalışdığını da xatırladıb.
Qeyd edək ki, ABŞ lideri hələ oktyabrın ortalarında Ağ Evin aparat rəhbərinin dəyişdiriləcəyi barədə iddiaları qəti şəkildə təkzib etmişdi.

