Qonaqlar üçün nəzərdə tutulan ev başmaqlarından müxtəlif şəxslərin istifadə etməsi infeksiyaların yayılmasına səbəb ola bilər.
Bu barədə həkim Olqa Şuppo RT-yə açıqlamasında xəbərdarlıq edib.
Onun sözlərinə görə, ortaq ayaqqabıdan istifadə göbələk və bakterial infeksiyaların yoluxma riskini artırır. Belə mikroorqanizmlər isti və rütubətli mühitdə daha asan çoxalır.

Həkim bildirib ki, ümumi istifadə olunan ayaqqabılarda qızılı stafilokok, hemolitik streptokok, protey və göy-yaşıl irin çöpləri kimi təhlükəli bakteriyalar da ola bilər.
Bu mikroorqanizmlər dəridə iltihaba səbəb ola və kiçik zədələr vasitəsilə orqanizmə daxil ola bilər.

