Noyabrın 8-də Azərbaycanda yağışlı və küləkli hava şəraiti gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, bəzi yerlərdə yağıntı intensiv olacaq. Şimal-qərb küləyi güclənəcək.
Paytaxtda havanın temperaturu gecə 7–12, gündüz 12–14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756-dan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 70–80 faiz təşkil edəcək.
Rayonlarda bəzi yerlərdə intensiv yağıntı, şimşək və dolu, dağlıq ərazilərdə isə qar gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7–11, gündüz 14–17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz isə 2–6 dərəcə isti olacaq.

