Biləsuvar rayonunda 35 yaşlı kişinin meyiti qəbiristanlıqda tapılıb.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində baş verib.
Kənd qəbiristanlığında 35 yaşlı Mövlud Firudin oğlu Mirzəyevin meyiti aşkarlanıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

