Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Marklın atası Tomas Markl girov müqabilində sərbəst buraxılıb.
“People” nəşri məhkəmə sənədlərinə istinadən xəbər verir ki, 82 yaşlı Markl yetkinlik yaşına çatmayanların cinsi istismarını əks etdirən materialların saxlanılması ittihamı ilə bağlı saxlanılmışdı.
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) noyabrın 6-da onun saxlanılması faktını təsdiqləyib.
Məhkəmə katibinin sözlərinə görə, Markl girov müqabilində azad edilərək Floridada saxlanıldığı yaşlılara qulluq müəssisəsinə qaytarılıb.
İttiham sübuta yetirilərsə, onu 20 ilədək həbs cəzası gözləyə bilər.
Tomas Markl ittihamı qəbul etməyib. O, məhkəmə prosesinin növbəti mərhələlərinədək həmin müəssisədə qalacaq.
Faktla bağlı araşdırma davam edir.

