Xəbər veridyimniz kimi Sumqayıt şəhərində bir nəfər avtomobildə yanaraq ölüb.
Den.az xəbər verir ki, “Kia” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, "KIA" markalı avtomobildə yanaraq ölən şəxs maşının sahibi deyil. Avtomobilin sahibi Rusif Nəzərovun sözlərinə görə, hadisə səhər saat 6 radalərində baş verib. O, dünən axşam saatlarında avtomobilini park edərək gedib. Səhər gəldikdə isə yandığını görüb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yanğından isə qonşular səhər xəbər tutublar. Ancaq avtomobildə olan şəxsin kim olduğu bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
Yanğını söndürəndə gördük içində adam var: ADAMLA BİRGƏ YANAN AVTOMOBİLİN SAHİBİ VƏ QONŞULARI DANIŞDI-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.