Sumqayıt şəhərində bir nəfər avtomobildə yanaraq ölüb.
“Den.az” xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Kia” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Avtomobilin sahibi Rusif Nəzərovun sözlərinə görə, hadisə səhər saat 6 radalərində baş verib. Maşının yandığını görən şəxs içində adam olduğunu əvvəlcə bilməyib. Naməlum şəxsin avtomobilə necə girməsi isəmüəmmalı olaraq qalır. Çünki axşam avtomobil yaşadığı ünvanın qarşısında saxlanaılda bağlı olub.
Faktla bağlı araşdırma aparılır.
Denaz.tv hadisə yerindən görüntüləri sizə təqdim edir:











