ABŞ-nin birinci xanımı Melaniya Tramp humanitar fəaliyyətini və ayrı düşmüş ailələrin birləşdirilməsi istiqamətində səylərini davam etdirmək niyyətində olduğunu bildirib.
Denmedia.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Valideynlərinə qovuşan hər bir uşaq bizi hamı üçün daha yaxşı bir dünya qurmağa yaxınlaşdırır”, – Melaniya Tramp vurğulayıb.
Bundan əvvəl ABŞ-nin birinci xanımı Xerson vilayətinin Alyoşki şəhərində həyata keçirilən humanitar missiyanın 800 nəfərin həyatını xilas etməyə imkan verdiyini və “ailənin gücünü” nümayiş etdirdiyini bildirmişdi.
O, həmçinin Alyoşkidə əldə olunan atəşkəsin Rusiya ilə Ukrayna arasında humanitar sahədə gələcək əməkdaşlığa zəmin yaratdığını qeyd etmişdi.

