Gürcüstanın Batumi şəhərində türkiyəli və israilli futbol azarkeşləri arasında yenidən qarşıdurma yaşanıb.
İsrailin “Kan” telekanalı xəbər verir ki, Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer-Şeva” klublarının azarkeşləri bu dəfə Gürcüstanı tərk edərkən Batumi Beynəlxalq Hava Limanında üz-üzə gəlib.
Polis əməkdaşlarının müdaxiləsi ilə tərəflər bir-birindən uzaqlaşdırılıb.
Xatırladaq ki, noyabrın 26-da Batumidə keçirilən UEFA Avropa Liqası qarşılaşması zamanı da iğtişaşlar baş vermiş və oyun müvəqqəti dayandırılmışdı.
Qarşılaşma “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

