“Sədərək” ticarət mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.
“Denmedia.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hazırda bəzi tüstülənmə ocaqlarının söndürülməsi işləri aparılır.
***
Fövqəladə Hallar Nazirliyinin yaydığı son məlumata görə, “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın tam söndürülüb.